Elchi.az xəbər verir ki, “Ukrenerqo” enerji şirkəti bildirib ki, Ukraynada istilik elektrik stansiyasının sistemə qoşulması səbəbindən enerji sistemində enerji çatışmazlığı azalıb, lakin bununla yanaşı, elektrik enerjisi istehlakı artıb.
“Sistemdə güc çatışmazlığı elektrik stansiyalarının istehsal həcminin artması ilə əlaqədar bir qədər azalıb. Fövqəladə bərpa işlərindən sonra istilik elektrik stansiyalarından birində aqreqat sistemə qoşulub…”, – deyə şirkətdən bildirilib.
Ukrenerqo vurğuladı ki, “lakin sistemdəki mövcud imkan hələ də ölkədəki istehlakçıların bütün ehtiyaclarını ödəmək üçün kifayət deyil. Çünki enerji sistemində istehlak səviyyəsi də eyni zamanda artmışdır.
Bundan əlavə, qeyd edilir ki, bütün regionlar üçün elektrik enerjisi istehlakı üzrə məhdudiyyətlər var ki, onların artıqlığı enerji sisteminin tarazlaşdırılması üçün fövqəladə dayandırmaların tətbiq edilməsi zərurətinə səbəb olur.
Aysun






