Təhsil sistemində hər şey təmərküzləşir, rəhbərliyin idarəetməsinə verilir.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, bu vəziyyət işləri çətinləşdirir, gənclər üçün çoxlu problemlər yaradır:
“Universitetin vəzifəsi istedadlı uşaqlar yetişdirməkdir, bürokratiya yaratmaq deyil. Xarici ölkələrdə hər universitet dövlət içində dövlətdir. Universitet qəbul etdiyi tələbənin taleyini özü düşünür. Bizdə isə bunlar hamısı yığılıb bir yerə. Mən bunun əleyhinəyəm. Universitetlərin heç bir hüququ qalmayıb, belə olmaz”.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...





