Özbəkistanda 18 uşağın hindistanlı öskürək siropu ilə ölümü ilə bağlı istintaq başladılıb.
Elchi.az xəbər verir ki, bu barədə Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətindən verilən açıqlamada Hindistanın Marion Biotech şirkətində istehsal olunan “Dok-1 Max” öskürək siropunun istifadəsi nəticəsində 18 uşağın öldüyü xatırladılıb.
Açıqlamada sözügedən şərbəti idxal edən “Kuramax Medikal” və bu dərmanın ölkə ərazisində istifadəsinə icazə verən “Elmi Əczaçılıq Standartlaşdırma Mərkəzi”nə qarşı istintaq başladıldığı və şübhəlilərin saxlanıldığı vurğulanıb. .
Analiz edilən şərbətin satışı qadağan edilib.
Özbəkistan Səhiyyə Nazirliyi sentyabr-dekabr aylarında Səmərqənddəki uşaq xəstəxanasında müalicə olunan və “Dok-1 Max” siropundan istifadə edən uşaqlardan 18-nin dünyasını dəyişdiyini açıqlayıb.
Açıqlamada qeyd olunub ki, bu öskürək siropunun üzərində aparılan laboratoriya analizləri nəticəsində dərmanın tərkibində zəhərli maddə olan “etilen qlikol” aşkar edilib və dərmanın ölkə ərazisində satışı qadağan edilib.
Şayəstə






