Qara dənizdəki qaz ehtiyatları Türkiyə əhalisinin 33 illik qaza olan tələbatını ödəməyə kifayət edir.
Elchi.az bu barədə “Yeni Şafak” qəzetinə istinadən məlumat verir.
Açıq sahədə təbii yanacağın həcmi 58 milyard kubmetr qiymətləndirilir ki, bu da respublikada qazın ümumi həcminin artmasına kömək edəcək.
“Bu yaxınlarda Qara dənizdə qaz yatağının kəşfi ilə Türkiyə qaz ehtiyatlarını artıraraq, ümumilikdə 710 milyard kubmetrə çatdırıb. Növbəti illərdə hasilat pik həddə çatacaq. Hesablamalara görə, Qara dənizdə tapılan qaz əhalinin 33 il istifadəsinə kifayət edir”, – nəşr qeyd edib.
Gələn ilin mart ayının sonundan etibarən Qara dəniz qazı ölkə şəbəkəsinə qoşulacaq və yaşayış evlərində istifadə olunacaq. Bu, ölkənin enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək.
Yeganə






