Papa Fransisk ağır xəstə olduğunu dediyi sələfi, keçmiş Papa XVI Benedikt üçün dua çağırıb.
Elchi.az xəbər veri ki, Francis bu səhər Vatikanda etdiyi plenar nitqinin sonunda təfərrüatlar olmadan sürpriz çağırış edib.
95 yaşlı Benedikt 2005-ci ilin aprelindən 2013-cü ilin fevralında istefaya gedənə qədər Kilsənin rəhbəri və Vatikan Dövlətinin hökmdarı vəzifəsində çalışıb.
Vatikan ərazisindəki monastırda yaşayan Benedikt, papalıq vəzifələrini yerinə yetirmək imkanlarını məhdudlaşdıran əsas amil kimi yaşın irəliləməsini əsas gətirərək, 600 ildən sonra istefa verən ilk Papa oldu.
Frensis bundan əvvəl sələfinin qocalıqda istefa vermək qərarını alqışlamışdı.
Məhz onun istefası Fransiskin Cənubi Amerikadan ilk Papa seçilməsinə yol açdı.
Şayəstə




