Britaniya yeni ilə tətillərin kölgəsində qədəm qoyur. Dəmiryolçulardan sonra tətil dalğasına pasport nəzarəti məmurları və sürücülük vəsiqəsi imtahan verənlər də qoşulub. Tətillər ölkənin bir çox yerində nəqliyyatın dayanmasına səbəb olub.
Elchi.az xəbər verir ki ,İngiltərədəki tətillər gündəlik həyata mənfi təsir göstərir.
Həftələrlə tətil edən dəmiryol işçiləri Milad bayramından əvvəl başladıqları tətili davam etdirirlər.
Dəmiryollarında tətillər səbəbiylə yüz minlərlə insan qatarların ləğvi ilə üzləşib.
Yanvarda dəmir yolu tətilləri zamanı səyahətlərin kəsiləcəyi gözlənilir.
Şayəstə





