İran Prezidenti İbrahim Rəisi ABŞ və Qərb ölkələrini şayiələr və dezinformasiya yaymaqla İranda hökumət əleyhinə etirazları qızışdırmaqda ittiham edib.
Elchi.az bu barədə “Armenpress”-ə istinadən məlumat verir.
“İslam İnqilabının düşmənləri yalan yaymaqla öz məqsədlərinə nail ola bilməyəcək və İran xalqını parçalaya bilməyəcəklər.
Gənclər bizim övladlarımızdır və aldananların hamısı ölkənin qucağına alınacaq, lakin satqınlara rəhm olmayacaq”, – deyə Rəisi 1980-1988-ci illərdə İran-İraq müharibəsi veteranları ilə görüşündə bildirib.
Yeganə





