Moskvada Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli danışıqlar keçirilib.
Elchi.az “Vesti.ru”-ya istinadən xəbər verir ki, Rusiya hərbi idarəsinin məlumatına görə, görüşdə Suriya böhranının həlli yolları, Ərəb Respublikası ərazisində ekstremist qruplarla mübarizə səyləri, həmçinin qaçqınlar problemi müzakirə olunub.
Görüş iştirakçıları dialoqun konstruktiv xarakterini qeyd edərək, onun bu formatda davam etdirilməsinin zəruriliyini bəyan edərək, bunun Suriyada və bütövlükdə Yaxın Şərqdə vəziyyəti daha da sabitləşdirəcəyinə əminliklərini ifadə ediblər.
Türkiyənin “Hürriyyət” qəzeti qeyd edib ki, müdafiə idarələrinin rəhbərləri arasında danışıqlar son 11 ildə Ankara ilə Dəməşq arasında ilk rəsmi təmas olub.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Qahirədə olduğu kimi, Ankara ilə Dəməşq arasında münasibətlərin gələcəkdə də yaxşılaşa biləcəyini istisna etməyib. Ərdoğan xatırladıb ki, iki dövlət arasında fikir ayrılıqları olub, lakin sonda onlar məqbul münasibətlər formalarını tapıblar.
Yeganə






