Elchi.az Reuters-ə istinadən xəbər verir ki, Britaniya heç vaxt öz vətəndaşlarının həbsini diplomatik təsir vasitəsi kimi qəbul etməyəcəyini bəyan edib.
Baş nazir Rişi Sunakın sözçüsü İranı Britaniya ilə əlaqəsi olan 7 nəfərin həbsindən sonra ikili vətəndaşların saxlanmasını dayandırmağa çağırıb.
Sunakın nümayəndəsi jurnalistlərə deyib:
“Biz təcili olaraq İran hakimiyyətindən Britaniya-İran ikili vətəndaşları ilə bağlı məlumatlarla bağlı əlavə məlumat tələb edirik.
İran hökumətini Britaniya və digər xarici vətəndaşların ədalətsiz həbsini dayandırmağa çağırırıq”.
Yeganə




