Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putinlə Kuba Prezidenti Miqel Diaz-Kanel Bermudes arasında telefon danışığı olub.
Elchi.az “Vesti.ru”-ya istinadən xəbər verir ki, prezidentlər telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Kuba prezidentinin bu ilin noyabrında Rusiyaya səfəri nəticəsində əldə edilmiş razılaşmaların Kuba tərəfinin təklif və istəkləri nəzərə alınmaqla ardıcıl şəkildə həyata keçirilməsinə hazır olduqları təsdiqlənib.
Söhbət zamanı enerji, sənaye və digər sahələrdə qarşılıql və faydalı birgə layihələrə xüsusi diqqət yetirilib. Rusiya-Kuba strateji tərəfdaşlığının daha da hərtərəfli möhkəmləndirilməsi barədə prezidentlər qarşılıqlı fikir bildiriblər.
Vladimir Putin Diaz-Kaneli Kubanın milli bayramı, 1 yanvarda qeyd olunan Qurtuluş Günü münasibətilə təbrik edib, bütün Kuba xalqına firavanlıq arzu edib.
Kremlin rəsmi portalının məlumatına görə, iki dövlət başçıları ölkələr arasında bütün səviyyələrdə təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.
Yeganə




