2023-cü ildə enerji qiymətlərinə görə müflis olan Fransa müəssisələrinin sayı arta bilər, France 3 xəbər verir.
Elchi.az xəbər verir ki, “Dövlətin əhəmiyyətli subsidiyaları ilə müşayiət olunan bir neçə illik koviddən sonra Fransa müəssisələrinin müflisləşməsinin sayı yenidən artmağa başlayıb”, – hesabatda deyilir.
Vurğulandığı kimi, iflas riski hər şeydən əvvəl kiçik biznesi narahat edərkən, zaman keçdikcə təhlükə daha böyüklərə çatacaq.
Fransız iqtisadçısı Matye Plan qeyd edib ki, iri müəssisələri maraqlandıran məsələ sənayesizləşmə riskinə aiddir.
O, aydınlaşdırıb ki, bu, ya iflasdır, ya da böyük miqdarda enerji sərf edən istehsalın köçürülməsidir.
Plana görə, bu sənaye müəssisələri ABŞ və ya Asiya ölkələri ilə müqayisədə rəqabət qabiliyyətini itirir.
Şayəstə






