Bu gün Avropa Liqasında 1/16 və 1/8 final mərhələlərinin püşkü atılacaq.
Cüzi də olsa, püşkatmada iştirak etmək şansı olan “Qarabağ”la bağlı suallara da aydınlıq gəlib. Belə ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq püşkatmada “Dnepr” iştirak edəcək. Artıq UEFA-nın rəsmi səhifəsi də az öncə paylaşdığı şəkillə bütün suallara aydınlıq gətirib.
Yada salaq ki, “Qarabağ” “İnter”lə matçın son dəqiqəsində qol vursa da çexiyalı hakimlər briqadası müəmmalı şəkildə qolu qeydə almamışdılar. Bu qol Ağdam klubunu növbəti mərhələyə çıxarırdı.
Ağdam klubunun UEFA-ya etirazı isə görünür, bir fayda verməyib.
Bu da püşkatmaya qatılacaq klubların UEFA-nın rəsmi saytında yerləşdirilən siyahısı…



