“Polşa Rusiya neftinin qiymət məhdudiyyətləri tətbiq edən ölkələrə satışını qadağan etməyə hazırdır”.
Elchi.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə Polşanın İqlim və ətraf mühit naziri Anna Moskva deyib.
G7 ölkələri və onların müttəfiqləri, o cümlədən Polşa bu ay Rusiyanın dəniz neftinin qiymətini bir barel üçün 60 dollar səviyyəsində məhdudlaşdırmaq barədə razılığa gəliblər. Buna cavab olaraq prezident Vladimir Putin fevralın 1-dən məhdudiyyətlərə əməl edən ölkələrə xam neft və neft məhsullarının tədarükünü qadağan edən fərman imzalayıb.
Ən böyük neft emalı zavodu PKN Orlen bildirib ki, Polşa Rusiya neftinin istehlakını tədricən azaldır və Ukraynada müharibə başlayandan sonra dəniz yolu ilə çatdırılan Rusiya neftini almağı dayandırıb. Şirkət Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq vasitəsilə alternativ neft tədarükünü təmin etdiyini bildirib.
A.Moskva mətbuat konfransında deyib:
“Biz bütün növ nefti emal etməyə hazırıq, bu, bizim üstünlüyümüzdür”.
Onun sözlərinə görə, Aİ-nin növbəti sanksiyalar paketinə Rusiya neftinin qadağan edilməsi ilə bağlı qərar da daxil olacaq.
Polşa və Almaniya ilin sonuna qədər Drujbanın şimal filialı vasitəsilə Rusiya neftinin idxalını dayandırmağa çalışacaqlarına yazda söz vermişdilər, lakin Orlen Rusiyanın “Tatneft” neft-qaz şirkəti ilə müqaviləsinə sadiq qalır.
“Biz inanırıq ki, növbəti sanksiyalar dəstinə neftlə bağlı qərar da daxil olacaq”,-deyə Moskva qeyd edib.
Yeganə





