2005-2008-ci illərdə xidmət etmiş kontr-admiral Filip Matias xəbərdarlıq edib ki, Britaniya ordusu Çinin sürətlə böyüyən nüvə arsenalı ilə yanaşı əsas qayğıları kimi Rusiyanın modernləşdirilmiş nüvə qüvvələrinə diqqət yetirməlidir.
Elchi.az bu barədə “News.am”-a istinadən bildirir.
O, bu sözləri Britaniya ordusunun keçmiş baş komandanı, general Lord Danatın Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Britaniyanın müdafiə xərclərinin artırılmasının ilk növbədə hərbi-texniki bazanın yaxşılaşdırılmasına yönəldilməli olduğu deyilən məqaləsinə cavab olaraq deyib.
Matias “Daily Telegraph” qəzetinə verdiyi açıqlamada qeyd edib:
“Nüvə silahları adətən strateji və ya taktiki olaraq təsnif edilir. Birincisi müharibədə, ikincisi isə fərdi döyüşdə qalib gəlmək üçün istifadə olunur”.
Britaniyanın “Rusi” təhlükəsizlik mərkəzinin məlumatına görə, Rusiyanın taktiki arsenalının məsafəsi strateji nüvə raketi üçün 3000 mil olduğu halda, təxminən 300 mil ilə məhdudlaşır.
Bu arada, Böyük Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Stephen Lovegrove İngiltərənin Pekinin nüvə arsenalını genişləndirməsi və modernləşdirməsi ilə bağlı açıq şübhələri olduğunu deyib. O, əlavə edib ki, Çinin silahlara nəzarət sazişlərinə “nifrət etməsi” qorxulu perspektivdir.
Yeganə





