Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistanın baş nazir Nikol Paşinyana qarşıdan gələn Yeni il münasibətilə təbrik məktubu göndərib.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
Məktubda deyilir:
“Hörmətli Nikol Paşinyan. Sizə olan Yeni il və Milad bayramı təbriklərimi qəbul edin.
Ötən il Rusiya və Ermənistan üçün yubiley ili oldu. Biz diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü və Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin imzalanmasının 25-ci ildönümünü qeyd etdik.
Vacibdir ki, rəsmi səfəriniz zamanı siz ikitərəfli alyansın strateji istiqamətini müəyyən etməyə, müxtəlif istiqamətlərdə, o cümlədən Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı, KTMT və MDB formatlarında tərəfdaşlığın qarşılıqlı fəaliyyətinin gələcək inkişafı üçün addımları müəyyən etməyə nail oldunuz.
Mən ikitərəfli və regional gündəliyin aktual məsələləri üzrə dialoqumuzu və konstruktiv birgə işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, qardaş Ermənistan xalqına isə sülh və firavanlıq arzulayıram”.
Yeganə




