Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Kuleba IRIS-T hava hücumundan müdafiə raketlərinin olmadığını açıqlayıb.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Politico” qəzetinə müsahibəsində bildirib ki, ölkənin Almaniyadan tədarük edilən İRİS-T hava hücumundan müdafiə sistemi üçün raketlərə ehtiyacı var, çünki anbarlarda onların ehtiyatı yoxdur.
“Bu, tamamilə yeni bir sistem olduğu üçün anbarlarda heç bir təchizat yoxdur” dedi Kuleba.
O əlavə edib ki, ölkəyə tanklar, döyüş təyyarələri və artilleriya da lazımdır.
Şayəstə





