Azərbaycanda qiymətli daşlardan və metallardan məmulatların alğı-satqısının yalnız nağdsız qaydada həyata keçiriləcəyi pul məbləği müəyyən edilir.
Elchi.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında “Məqsədli maliyyə sanksiyaları” haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirilib.
Qanun layihəsinə əsasən, ümumi dəyəri 15 min manatdan çox olan qiymətli daşlardan və metallardan məmulatların alğı-satqısı yalnız bank köçürməsi yolu ilə həyata keçiriləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...




