"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Düşmən gözü ilə baxan qüvvələr var – Prezidentin nümayəndəsi

30 Dekabr 2022 - 23:19
in MÖVQE

Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarşılaşırıq, ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşündə deyib.

“Müstəqilliyimizin ilk illərində mənfur düşmənlər Azərbaycan Respublikasının bütövlüyünə, onun sərhəd toxunulmazlığına qarşı cinayətkar əməllər törədiblər. Bir azərbaycanlı kimi sevinirəm ki, Vətən oğulları da bu əməllərin qarşısının alınması üçün könüllü şəkildə maraqlarını ortaya qoyaraq Vətənin çağırışına səs verdilər. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycan oğulları düşmənə layiqli cavab verib”, – F.Nəcəfli bildirib.

O söyləyib ki, ordu quruculuğunun təməli məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən Naxçıvanda atılıb:

“Mən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin yerləşdiyi ərazidə olarkən orada yaradılan şəraiti gördükdə qürurlandım. Ona görə ki, bu sahədə işlər ilk olaraq burada formalaşıb. Birinci Qarabağ müharibəsi bizim üçün olduqca ağır idi. Lakin düşmənin uzun müddət həm təbliğatı, siyasəti, həm də özlərini “qəhrəman xalq” kimi təqdim etmələri Azərbaycan oğullarının rəşadəti və səyi hesabına darmadağın edildi. Artıq belə bir mif yoxdur. Bütün dünya onların kim olduğunu bir daha gördü. Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarşılaşırıq, ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var. Ancaq əmin edirəm ki, ölkə Prezidentinin bu məsələlərdə qətiyyətinə heç bir şübhə ola bilməz. Dövlət başçısının siyasəti məhz ona hesablanıb ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalı və dədə-baba torpaqlarımız həmişə bizim bir tərkib hissəmiz kimi qalmalıdır”.

Şəhidlərə və qazilərə ehtiramını bildirən F.Nəcəfli qeyd edib ki, Naxçıvan torpağı, qədim Azərbaycan torpağı həmişə igid oğullar yetişdirəcək və vətənimizin bütövlüyü, torpaqlarımızın müqəddəsliyi həmin oğulların sayəsində daim qorunacaq:

“Dövlət tərəfindən şəhid ailələri və qazilərin sosial təminatı istiqamətində mühüm tədbirlər görülür, lakin nə qədər işlər görülsə də, hər zaman azdır. Dövlət başçımızın bu məsələlərlə bağlı prinsipial siyasət yürütməsinə əmin ola bilərsiniz. Şəhid ailələri və qazilərin sosial təminatının davamlı olaraq yüksəldilməsi bundan sonra da davam etdiriləcəkdir. Bu gün həyata keçirilən tədbirlərin davamı kimi ayrılan vəsait hesabına mənzillər və avtomobillər təqdim olunur. Bu, dövlətin sizə göstərdiyi qayğının təzahürüdür”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fərhad Məmmədov: “Azərbaycana müstəqil Ermənistan sərf edir” – VİDEO

Next Post

Leyla Əliyeva “Qocalar evi”ndə onlarla rəqs etdi – VİDEO

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Leyla Əliyeva “Qocalar evi”ndə onlarla rəqs etdi – VİDEO

Leyla Əliyeva “Qocalar evi”ndə onlarla rəqs etdi - VİDEO

Naxçıvanda bir şəhid ailəsi və beş qaziyə yeni mənzil verilib – FOTO

Naxçıvanda bir şəhid ailəsi və beş qaziyə yeni mənzil verilib - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.