İngiltərə Premyer Liqasının 16-cı turunun “Leyçester Siti” ilə oyunu “Mançester Siti”nin futbolçusu Frank Lempard üçün əlamətdar olub.Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, matçın 40-cı dəqiqəsində hesabı açan ingilis futbolçu Premyer Liqada vurduğu qolların sayını 175-ə yüksəldib.
Bununla da, Lempard Premyer Liqada ən çox qol vuran futbolçular arasında 4-cü pillədə qərarlaşan “Arsenal”ın canlı əfsanəsi Tyeri Anriyə çatıb. Müqavilə ilə ABŞ-ın “Nyu-York Siti” klubuna məxsus olan Lempard yanvar ayına qədər “Mançester Siti”də icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Lempard cari mövsüm “Mançester Siti” ilə çıxdığı 14 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə verib.



