Dekabrın 15-i İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb. “Media forum” saytı xəbər verir ki, qrup mərhələsində “Qarabağ”a rəqib olmuş İtaliya “İnter”inin bəxtinə “Seltik” (Şotlandiya), Ukrayna “Dnepr”inin bəxtinə “Olimpiakos” (Yunanıstan) düşüb.Türkiyənin “Trabzonspor” komandası növbəti raundda “Napoli” ilə (İtaliya), “Beşiktaş” isə “Liverpul”la (İngiltərə) qarşılaşacaq.
1/16 final gələn ilin fevral ayında keçiriləcək.



