2022-ci ildə Çinə qaz tədarükü müntəzəm olaraq müqavilə öhdəliklərindən artıq həyata keçirilib.
Elchi.az xəbər verir ki, 2023-cü il yanvarın 1-dən Qazprom Çinə qaz ixracının prinsipial olaraq yeni səviyyəsinə çatıb, bu barədə şirkətin rəhbəri Aleksey Miller Telegram kanalında məlumat verib.
Miller qeyd edib ki, ötən il Pekinin tələbi ilə mütəmadi olaraq müqavilə öhdəliklərindən artıq tədarüklər həyata keçirilib və bu, sazişin artıqlaması ilə yerinə yetirilməsinə imkan verib.
Şirkət rəhbəri vurğulayıb ki, “Çinli həmkarlarımızın xahişi ilə dekabrın 31-də, yəni qrafikdən bir neçə gün əvvəl gələn il üçün təmasda nəzərdə tutulan gündəlik həcmləri tədarük etməyə başladıq. Beləliklə, 2023-cü il yanvarın 1-dən “Qazprom” Çinə qaz tədarükünün prinsipial olaraq yeni səviyyəsinə çatıb”.
Şayəstə





