İordaniyanın cənubundakı Kerak şəhərində iki çadırda baş verən yanğında 5 nəfər həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik sözçüsü polkovnik Əmir əs-Sertavi verdiyi yazılı açıqlamada, “Səhər saatlarında iki çadırda başlayan yanğını Kerak şəhərində yanğınsöndürənlər söndürdü”.
Yanğında 5 asiyalının həyatını itirdiyini bildirən Sertavi, həyatını itirənlərin bölgədəki dövlət xəstəxanasına aparıldığını və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Sertavi ölən 5 nəfərin milliyyəti ilə bağlı dəqiq məlumat verməsə də, yerli mənbələr bu şəxslərin pakistanlı olduğunu bildirir.
Bildirilir ki, pakistanlılar 1970-ci illərdən İordaniyanın Ağvar bölgəsində (İordaniya vadisi) yaşayır və kənd təsərrüfatı ilə məşğul olurlar.
Şayəstə




