25 yaşlı “qanuni oğru” Laşa Barateli Sankt-Peterburqda bərk döyülüb. Musavat.com Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, “Soxulcan” ləqəbi ilə tanınan
gürcünü Aslan Usoyan (“Ded Xasan”) klanı cəzalandırıb. Dekabrın 16-da mühafizəçilərindən ayrılaraq yaşadığı binaya daxil olan “qanuni oğru”nun qarşısını 7 nəfər kəsib. Onu möhkəm döydükdən sonra üzünü və burnunu kəsiblər. Rusiya saytlarının iddiasına görə, “Soxulcan” bir neçə il əvvəl Sankt-Peterburqda “Ded”ə qarşı sui-qəsd planlaşdırıbmış. Amma sui-qəsd baş tutmayıb. “Bu işdə isə ona “xaç atası” Rövşən Canıyev və “Rüfət Gəncinski” dəstək verib” – deyə, məlumatda bildirilir.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...



