Həmçinin «Dövlət əmlakının özəlləşdirilməsi haqqında», «İnformasiya vermək haqqında», «Yol hərəkəti haqqında», «Kütləvi informasiya vasitələri haqqında», «Dərman vasitələri haqqında» qanunlara, İnzibati Xətalar, Su və Miqrasiya məcəllələrinə dəyişikliklər müzakirə olunacaq.
Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi qaydası dəyişdirilir. Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi qaydası dəyişdirilir. «Kütləvi informasiya vasitələri haqqında» qanuna təklif olunan dəyişikliklərə əsasən, media orqanı il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir. Dəyişiklik barədə qanun layihəsini Milli Məclisə prezident təqdim edib.




