Pakistanın Peşavər şəhərində silahlı şəxslər girov götürdüyü tələbə və müəllimlərin 100-dən çoxunu öldürüb.Musavat.com-un məlumatına görə, 104 nəfərin öldüyü, 80-dən çox adamın yaralandığı bildirilir. Pakistanlı komandirlər də hadisə yerinə gəlib. Hücum edilən hərbi məktəbin Pakistanda ordu tərəfindən idarə olunan 146 məktəbdən biri olduğu bildirilir. Məktəbdə 10-18 yaş arası şagirdlər təhsil alır.
Qeyd edək ki, bu gün üstlərində bomba olan 6 nəfər “Taliban” hərəkatının üzvü hərbi məktəbə girərək qarşılarına çıxan adamlara atəş açıblar.



