"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyalı politoloq: “Qərb üçüncü dünya müharibəsinə getməyəcək”

16 Dekabr 2014 - 14:51
in XƏBƏR LENTİ

img1521768“Əslində Avropa tələb edirdi ki, Rusiya öz hesabına boru xəttini inşa etsin və onu Avropa İttifaqına bağışlasın”

“Üçüncü dünya müharibəsi haqqında söhbət gedə bilməz, çünki belə müharibə olsa, dünyanın yarısı, o cümlədən Qərb sivilizasiyası məhv ediləcək. Ona görə də Qərb buna getməyəcək”.
Bunu APA-ya açıqlamasında rusiyalı politoloq, Siyasi Konyuktur Mərkəzinin direktoru Sergey Mixeyev Ukraynadakı hadisələr fonunda Rusiya-Qərb münasibətlərinin perspektivlərini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, Qərb Rusiyaya başqa yollarla, məsələn Ukrayna vasitəsi ilə təzyiq edəcək: “Belə ssenari mümkündür. Lakin mən düşünürəm ki, bu, Qərbə xeyir gətirməyəcək. Çünki ABŞ-ın öz dominantlığını digər dövlətlərə təzyiq vasitəsilə təmin etmək siyasətinin perspektivi yoxdur. Uzunmüddətli perspektivdə bu siyasət Qərbin özünə və ABŞ-a problem yaradacaq. Doğrudanmı Avropada şərq tərəfdən təhlükə şəraitində yaşamaq maraqlı olacaq? Fikrimcə, Rusiya və Avropada belə şəraitdə heç kim yaşamaq istəməz. Avropa uzaqgörənlik nümayiş etdirmir, ABŞ-ın siyasətinə uyğun hərəkət edir. Lakin gec-tez onlar bu yolda ilişib yıxılacaqlar”.
S. Mixeyevin sözlərinə görə, yaranmış vəziyyətdən çıxmaq üçün Rusiya öz iqtisadiyyatını yenidən qurmalıdır: “Təəssüf ki, bunu anlamaq üçün Qərblə münasibətlərdə böhranın baş verməsi lazım olub. Rusiyada illərlə deyilirdi ki, Qərbə arxalanmaq olmaz, təkcə neftlə qazı satmaqla yaşamaq mümkün deyil. Lakin bəzi insanlar bunu eşitmirdilər və hesab edirdilər ki, resursları satmaqla, yaşamaq mümkün olacaq. İndi Rusiya öz iqtisadiyyatının diversifikasiyası, habelə yüksək texnologiya sahələrinin yaradılması ilə məşğul olmalıdır. Avropa isə öz problemləri ilə yaşasın. Rusiya heç kimə yaşamaq dərsi keçmək istəmir, vaxtilə SSRİ kimi öz baxışlarını sırımaq fikrində deyil”.
Politoloq həmçinin Rusiyanın “Cənub axını” layihəsinin bağlanması haqqında qərarını şərh edib. Onun sözlərinə görə, Avropanın irəli sürdüyü şərtlərlə bu layihə qeyri-rentabelli olub. “Əslində Avropa tələb edirdi ki, Rusiya öz hesabına boru xəttini inşa etsin və onu Avropa İttifaqına bağışlasın. Nəyə görə biz onu Avropa İttifaqına hədiyyə etməliyik? Fikrimcə, Avropa qəbulolunmaz tələblər irəli sürdü. Məsələn, bir nəfər qonşusuna deyir ki, sən ev tik və mən o evdə yaşayacam, çünki mən səndən meyvə alacam. Belə adamı dəli adlandırmaq olar, lakin Avropa bunu normal hal sayır”, – deyə o fikrini tamamlayıb.
170 DƏFƏ OXUNUB

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Pakistanda 100-dən çox girov öldürüldü

Next Post

Novruz bayramında Günəş tutulacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Novruz bayramında Günəş tutulacaq

Azərbaycan Rusiyaya ət və süd məhsullarının ixracını artırıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.