"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Petrosyanın etirafı yayıldı: Biz işğalçıyıq – Video

05 Yanvar 2023 - 16:20
in SİYASƏT

Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların 25 gündür davam edən aksiyası, Azərbaycanın sərvətlərinin talanmasına etiraz fonunda Qarabağa göndərilmiş Ruben Vardanyanın yerli erməni icmasını “fədakarlığa” səsləməsi, ardınca isə erməni diasporunun “Laçın yolu üçün hərəkətə keçəcəyini” bəyan etməsi fonunda Ermənistanın birinci prezidenti Ter-Petrosyanın müraciətləri yenidən sosial şəbəkələrdə yayılıb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, separatçı tör-töküntüsünün yerli erməni icmasının Azərbaycana inteqrasiyasına mane olmasının, Bakıya qarşı aparılan kampaniyaların ermənilərə nələrə başa gələcəyini Ter-Petrosyan vaxtaşırı olaraq gündəmə gətirir.

O, hələ 90-cı illərdə Azərbaycanın sürətlə gücləndiyini bildirmiş və keçmiş Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin geri qaytarılmasının vaxtı çatdığını, belə bir fürsətin bir daha ələ düşməyəcəyini demişdi. Tam 25 ildən sonra, 2021-ci ildə Petrosyan o sözlərini xatırladaraq, tarixi fürsətin qaçırıldığını bildirmişdi.

Petrosyanın daha bir mühüm çıxışı isə 2017-ci ilə aiddir. Həmin vaxt Paşinyan hakimiyyətə gəlməmişdi və Serj Sərkisyan işğal edilən rayonların boşaldılacağı ilə bağlı Aprel savaşı zamanı üzərinə götürdüyü öhdəlikdən imtina edirdi.

Petrosyan sözügedən müsahibəsində bildirirdi ki, biz BMT, ATƏT-ə daxil olanda sərhədlərin dəyişməzliyi, ərazilərin bütövlüyü, sərhədlərin dəyişdirilməsi üçün güc tətbiqinin qadağan edilməsi prinsiplərini qəbul etmişik:

“Bunu Azərbaycanla birlikdə qəbul etdik. Dünya bu prinsipləri pozacaq heç bir müddəanı qəbul etmir.

Biz Dağlıq Qarabağı öz ərazimiz, azad edilmiş vilayətlər, hətta müqəddəs torpaqlar adlandıra bilərik. Amma bu cür anlayış beynəlxalq hüquqda yoxdur və olmayacaq da. Bu, illüziyadır və nə Köçəryan, nə də Sərkisyan zamanında bizim hakimiyyət bu terminlərdən istifadə edib. Onlardan istifadə edilsəydi, biz bütövlükdə təcrid ölkə elan ediləcəkdik. Biz bu torpaqları “azad edilən” adlandıra bilərik, amma beynəlxalq ictimaiyyət bunu işğal adlandırır”.

Müxbirin “o zaman siz işğalçısınız” sualına, Ter-Petrosyan, “beynəlxalq hüquqa görə, bəli, işğalçıyıq” cavabını vermişdi.

Ter-Petrosyanın digər çıxışları isə 44 günlük Vətən savaşından sonraya aiddir.

Robert Köçəryanın yeni müharibə çağırışına cavab olaraq Ter-Petrosyan demişdi:

“Başa düşmək lazımdır ki, bu, hansı problemlərə gətirib çıxara bilər. Köçəryan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq? Köçəryan yeni müharibə başlada bilər və bu erməni xalqı üçün yeni itkilərə səbəb olar. Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt! Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir”.

2021-ci ilin iyun ayında eyni fikrini təkrarlayan Petrosyan Azərbaycanın yalnız ərazisini bərpa etdiyini açıqlamışdı:

“Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”.

Ötən ilin sentyabrında isə Ter-Petrosyan münaqişəni uzatmamağa çağırış etmişdi və bildirmişdi ki, Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək.

Xatırladaq ki, Petrosyan 1996-97-ci illərdə “mərhələli həll” variantını “Ermənistan üçün ən ideal variant” adlandırmışdı. Bu varianta görə Ermənistan işğal etdiyi əraziləri boşaldır, Dağlıq Qarabağın statusu isə gələcəyə saxlanılırdı.

44 günlük savaşda Azərbaycanın tarixi qələbəsindən sonra isə Petrosyan artıq Ermənistan dövlətçiliyi barədə düşünməyin lazım gəldiyini, işğal siyasətinin davam etdiriləcəyi təqdirdə Ermənistan dövlətçiliyinin mövcudluğunun sual altına düşəcəyini təkrarlamaqla məşğuldur.

Tarix təsdiqlədi ki, Petrosyan reallığı daha düzgün qiymətləndirir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

AK: “Şimal axını”nda partlayışlarla bağlı araşdırma davam edir

Next Post

Ritter: Rusiya Ukraynada NATO ilə qarşıdurmaya cəsarət edib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Ritter: Rusiya Ukraynada NATO ilə qarşıdurmaya cəsarət edib

Ritter: Rusiya Ukraynada NATO ilə qarşıdurmaya cəsarət edib

Ərdoğan Bəşər Əsədlə görüşəcəyini açıqladı

Ərdoğan Bəşər Əsədlə görüşəcəyini açıqladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.