Ukraynanın NATO-ya üzvlük məsələsi birdəfəlik aradan qaldırılmalıdır.
Elchi.az “Armenpress”-ə istinadən məlumatına görə, bunu Parisdəki “Geopragma” analitik mərkəzinin rəhbəri, Fransa ordusunun əməliyyat ehtiyatının polkovniki Karolin Qalakteros Rusiyanın “TASS” agentliyinə müsahibəsində deyib.
“Fransa prezidenti Emmanuel Makron münaqişənin bitməsindən sonra Rusiya üçün təhlükəsizlik təminatlarının zəruriliyindən danışarkən hansı tədbirləri qəbul etdiyini dəqiq bilmirəm. Amma hesab edirəm ki, onların Ukraynanın strateji neytrallığını qoruyub saxlamağın təminatları olmalıdır. Başqa sözlə, Ukraynanın NATO-ya üzvlük məsələsi birdəfəlik aradan qaldırılmalıdır”, -deyə Qalakteros bildirib.
O qeyd edib ki, hətta ABŞ prezidenti Co Bayden bu yaxınlarda etiraf edib ki, NATO-da heç də hamı Ukraynanın alyansa qoşulması ilə razı deyil.
Yeganə






