Birləşmiş Millətlər Təşkilatı (BMT) İlon Mask tərəfindən alındıqdan sonra “Twitter”də irqçi terminologiyadan istifadənin artmasını pisləyərək, bu platformada afrikalılara qarşı istifadə edilən nifrət ifadələri qarşısında dərin sosial media məsuliyyətinə ehtiyac olduğunu ifadə esib.
Elchi.az xəbər verir ki, BMT-dən verilən yazılı açıqlamaya görə, İlon Maskın satın alınmasından sonra “Twitter”də qaradərililəri təsvir etmək üçün irqçi sözdən istifadə hallarının əhəmiyyətli dərəcədə artmasına BMT ekspertləri reaksiya veriblər:
” “Twitter”in alınmasının ilk günlərində Rutgers Universitetinin Şəbəkə Yoluxucu Araşdırmalar Mərkəzinin araşdırması göstərdi ki, qaradərililərə qarşı nifrət və irqçi sözdən istifadə 12 saat ərzində əvvəlki orta göstəricilərlə müqayisədə 500 faiz artıb. Afrikalılara qarşı istifadə edilən bu nifrət dili son dərəcə narahatedicidir”.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Maska məktub göndərərək, ifadə azadlığının zərərli dezinformasiyaların yayılmasına yardımçı olmamalı olduğunu vurğulayıb.
BMT ekspertləri İlon Mask, Mark Zukenberq, Sundar Pichai, Tim Cook və digər sosial media platformalarının baş direktorlarını iş modellərinin mərkəzinə insan hüquqları, irqi ədalət, hesabatlılıq, şəffaflıq, sosial məsuliyyət və etikanı qorumağa çağırıb.
Yeganə





