Rospotrebnadzorun mətbuat xidməti xəbər verir ki, XBB.1.5 koronavirus infeksiyasının omikron ştammının Kraken adlı yeni variantı Rusiyada tapılmayıb.
Elchi.az xəbər verir ki, “6 yanvar 2023-cü il tarixinə Omicron XBB.1.5 Kraken alt variantı Rusiya Federasiyasında müəyyən edilməyib”, – agentlik jurnalistlərə bildirib.
Xatırladaq ki, Rusiyada sutka ərzində 3033 koronavirusa yoluxma halı qeydə alınıb.
Bu arada, Kraken səbəbiylə Avropanı pis xəbərlər gözləyir, Politico yazır. Nəşrin müəllifi Karlo Martuselli Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin materiallarını təhlil edərək XBB.1.5 alt variantının sürətlə yayıldığını bildirib.
Bu, onun fikrincə, hazırda dominant olan Omicron variantları üzərində müəyyən böyük üstünlüklərə malik olması ilə bağlıdır. O, həmçinin bildirib ki, ABŞ-dan gələn məlumatlara görə, orada Kraken infeksiyasına yoluxma hallarının sayı hər doqquz gündə iki dəfə artır.
Şayəstə




