Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri və Liberal Demokrat Partiyasının lideri Leonid Slutski deyib ki, Kevin Makkartinin Nümayəndələr Palatasının spikeri seçilməsindən sonra Konqresdəki respublikaçıların münaqişəyə son qoymaq üçün yeni imkanları yaranıb.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, Slutski “Telegram” kanalında bu sözləri qeyd edib:
“Parlament böhranını ABŞ Konqresinin aşağı palatasının spikeri seçildikdən sonra başa çatmış hesab etmək olar. İndi Nümayəndələr Palatasında çoxluğa və özlərinin spikerinə sahib olan respublikaçılar üçün yaxşı fürsət yaranıb”.
Slutski hesab edir ki, Ağ Ev Amerika vergi ödəyicilərinin pullarından Ukraynadakı nasist rejimini dəstəkləmək üçün istifadə edir, lakin respublikaçılar bu vəziyyəti bəyənmir. Ukraynadan Amerika pullarının ABŞ-a – Demokrat Partiyasının hesablarına qaytarıldığı sxemlər artıq məlum olub.
Yeganə




