Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi çərçivəsində 50 Ukrayna əsgəri və 50 Rusiya əsgəri azad edilib.
Elchi.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak sosial media hesabından verdiyi açıqlamada bildirib.
Bunun son məhbus mübadiləsi olmayacağını vurğulayan Yermak, “Bizim vəzifəmiz bütün əsirlərimizi geri qaytarmaqdır və bunu yerinə yetirəcəyik”-deyib.
Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Ukrayna tərəfi ilə aparılan danışıqlar nəticəsində 50 rus əsgəri azad edilib. Əsgərlər nazirliyə aid təyyarələrlə paytaxt Moskvaya aparılacaq.
Xatırladaq ki, Rusiya və Ukrayna arasında sonuncu məhbus mübadiləsi 31 dekabr 2022-ci ildə həyata keçirilib.
Yeganə






