Rusiya-Belarus qoşunlar qrupunun aviasiya bölmələri birgə taktiki uçuş təlimləri keçirəcək.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Rusiya Aerokosmik Qüvvələrinin aviasiya komponenti artıq respublika ərazisinə gəlib.
Qeyd edək ki, Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bütün aerodrom və poliqonlarının cəlb olunacağı manevrlərlə bağlı təlim yanvarın 16-dan fevralın 1-dək keçiriləcək.
Yeganə




