Sudan Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhan ordunun siyasi səhnədən çəkilməkdə qərarlı olduğunu və silahlı qüvvələrin seçkilərlə gələn mülki hakimiyyətə tabe olacağına inandıqlarını bildirib.
Elchi.az xarici mediaya istinadən bildirir ki, paytaxt Xartumdakı Dostluq Konqres zalında hərbi və mülki tərəflər yeni keçid dövrünü başlayacaq siyasi razılaşma ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün yenidən bir araya gəlib.
Uzun sürən siyasi böhrandan sonra hərbi və mülki qruplar beynəlxalq tərəflərin təşəbbüsləri ilə 5 dekabr 2022-ci ildə Sudanda imzalanan çərçivə sazişindən sonra ölkəni yekun razılaşmaya aparacaq ikinci mərhələ danışıqlarına başlamaq qərarına gəliblər.
Suverenlik Şurasının sədri və ordu komandanı Burhan buradakı çıxışında Sudan xalqının azadlıq, sülh, ədalət, istək və arzularına cavab verən sivil, demokratik bir hökumət qurmağa ümid etdiklərini bildirib.
Tərəflərin başlatdığı ikinci mərhələnin ardından yekun razılaşmanın imzalanması və baş nazirin təyin olunmasından sonra 2 il davam edəcək yeni keçid dövrü başlayacaq.
Yeganə





