ABŞ ordusu son 3 gündə İraq ərazisi üzərindən Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Hasəkə əyalətindəki baza və hərbi məntəqələrə 100-ə yaxın maşından ibarət hərbi və logistik gücləndirmə karvanları göndərib.
Elchi.az xəbər verir ki, AA müxbirinin yerli mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ qüvvələrinə aid əlavə qüvvələr yanvarın 6 və 8-də İraq-Suriya sərhədindəki əl-Valid sərhəd keçid məntəqəsindən keçərək Həsəkəyə daxil olub.
Terror təşkilatı PKK/YPG-nin işğal etdiyi Rumeylan, Şeddadi və Tel Beyder yaşayış məntəqələrində ABŞ qüvvələrinin baza və hərbi məntəqələrinə çatan 100-ə yaxın avtomobil karvanına zirehli hərbi maşınlar, yanacaq tankerləri və çoxlu sayda sursat daxil edilib.
Şayəstə




