"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zelenski Hikmət Cavadova vətəndaşlıq verdi

09 Yanvar 2023 - 21:55
in XƏBƏR LENTİ

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavada fərdi qaydada vətəndaşlıq verib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az xəbər verir ki, Hikmət Cavadov feysbuk hesabında bu barədə yazaraq Zelenskiyə təşəkkürünü bildirib:

“Artıq Ukrayna vətəndaşıyam və bundan şərəf duyuram!

2002-ci ildə özüm üçün Ukraynanı kəşf edərək ucsuz-bucaqsız mavi göylər altında göz işlədikcə uzanıb gedən günəbaxan tarlalarının mənzərəsindən valeh olduğumu xatırlayıram. Bu ölkənin əsrarəngiz təbiəti məni ovsunlamışdı, özümü nağıllar aləmində hiss edirdim. Möhtəşəm məbədlər, tarixi qəsrlər, şəhərlərdəki özünəməxsus memarlıq nümunələri, kənd yerlərinin bənzərsiz siması nəzər-diqqətimi özünə çəkərək əvvəllər də haqqında çox eşitdiyim, oxuduğum bu sehrli ölkəni bir daha kəşf etməyə məni sövq edirdi.

Gözəl təbiəti ilə yanaşı Ukraynanın insanlarına da heyran oldum. Mənəvi gücünə, açıq qəlbinə, mehriban xasiyyətinə bələd olduğum ukraynalılar arasında özümü yad hiss etməmişəm və etmirəm. Bu ölkə və bu millət elə ilk günlərdən mənə doğma oldu.

Odur ki, burada qalıb elmi və ictimai fəaliyyət göstərmək qərarına gəldim. Kiyev şəhərinə köçdüm, iki ildən sonra da aspiranturaya qəbul edildim. 2004-cü ildən etibarən bu günədək Ukrayna Milli Elmlər Akademiyası Koretski adına Dövlət və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsinədək yüksəlmişəm. 2008-ci ildə namizədlik, 2018-ci ildə doktorluq işimi müdafiə etmişəm. 2005-2012-ci illər ərzində “Demokratiya nəbzi” adlı beynəlxalq təşkilatın sədri olmuşam. 2012-ci ildən bu günədək Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna rəhbərlik edirəm”.

H.Cavadov əlavə edib ki, bu gün Ukrayna bütün dünyaya mərdlik, igidlik, dəyanət, mənəvi yenilməzlik nümunəsini ortaya qoyur:

“Taleyin hökmü ilə çox ağır sınağa çəkilən Ukrayna bu xalqın azadlıq ruhunu sındırmağa çalışan məkrli və amansız düşmənlə vuruşmalı oldu. Və bütün dünya Ukrayna xalqının azad və müstəqil olmaq uğrunda bu müqəddəs davasını həyəcanla izləyir. Məlumdur ki, uzun illərdir rəhbərlik etdiyim Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ölkənin ərazi bütövlüyünün müdafiəsində yaxından iştirak edir. Çoxumuz üçün Ukrayna ana vətən olduğu üçün bu vətənimizi son damla qanımızadək müdafiə etmək əzmimizi sözdə yox, işlərimizlə isbat edirik. Məsələn, mən özüm Narıncı İnqilabın, Ləyaqət İnqilabının fəal iştirakçılarından olmuşam, Ukraynanın gələcəyinə inanmışam və inanıram. Ona görə də informasiya müharibəsində əlimdən gələn töhfəni verməyə çalışır, mülki əhaliyə və orduya humanitar yardım aksiyaları təşkil edirəm.

Hələ 2009-cu ildə Ukrayna vətəndaşlığını qəbul etmək imkanım olsa da, ölkənin bu çətin günlərində insanlıq mövqeyimin ifadəsi olaraq bu addımı ataraq Ukrayna vətəndaşı oldum.

Ukrayna vətəndaşlarının bir qismi ölkəni tərk ediblərsə də, mən bu ölkəyə, bu xalqa sonsuz etimad bəsləyərək onun gözəl gələcəyinə əsla şübhə etmirəm. Bu ağır dövrdə Ukrayna vətəndaşı olmaqdan böyük şərəf duyuram. Ukrayna vətəndaşlığı şərəfinə layiq görüldüyüm üçün prezident Volodimir Zelenskiyə minnətdaram.

Eşq olsun Ukraynaya! Qələbə bizimdir!”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Kiyev və Xarkova yenidən hücum edə bilər – VİDEO

Next Post

İsveç hərbi xidmətə çağırışı bərpa etmək qərarına gəlib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
İsveç hərbi xidmətə çağırışı bərpa etmək qərarına gəlib

İsveç hərbi xidmətə çağırışı bərpa etmək qərarına gəlib

Navalnını yenidən cəza kamerasına saldılar

Navalnını yenidən cəza kamerasına saldılar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.