Elchi.az “Bloomberg”-ə istinadən xəbər verir ki, İsveç hökuməti ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə hərbi xidmətə çağırışları bərpa etmək qərarına gəlib.
Qeyd olunur ki, İsveç hakimiyyəti hərbi xərcləri ÜDM-in iki faizinə çatdırmağı, həmçinin növbəti onillikdə çağırışçıların sayını iki dəfə artıraraq 10 min nəfərə çatdırmağı öhdəsinə götürüb.
Bundan əlavə, hərbi qarşıdurma zamanı bələdiyyə xilasetmə xidməti tələb olunacaq şəxsləri öyrətməyə başlayacaqlar.
“Ukrayna təcrübəsi çox aydın mənzərə yaradır, belə ki, fövqəladə hallar xidmətləri mülki insanları qorumaq işində ciddi təzyiqlərlə üzləşirlər. Təhlükəsizlik vəziyyətini nəzərə alaraq, bu, ümumi müdafiə qabiliyyətinin gücləndirilməsi üçün təxirəsalınmaz tədbirdir”, – deyə mənbə qeyd edir.
Yeganə





