Zaqatalada qayınana və gəlin dəm qazından zəhərləniblər.
Elchi.az xəbər verir ki, hadisə rayonunun Yuxarı Tala kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri – 1960-cı il təvəllüdlü Şahizər Mamulaşvili və gəlini, 1988-ci il təvəllüdlü Xəyalə Mamulaşvili yaşadıqları evdə qaz sobasından dəm qazının sızması nəticəsində zəhərləniblər.
Onlar xəstəxanaya yerləşdiriliblər və hazırda müalicələri davam etdirilir.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




