Makeevkada həlak olan rus hərbçilərinin siyahısı xarici kəşfiyyatdan gələn təhlükə səbəbindən dərc edilməyəcək.
Elchi.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində Makiyevkada həlak olan rusiyalı hərbçilərin siyahısı xarici kəşfiyyat xidmətlərinin təhlükəsi səbəbindən dərc edilməyəcək. Bu barədə Samara vilayətinin hərbi komissarı Aleksey Vdovin məlumat verib.
“Siyahılar dərc olunmayacaq. Bu, şəxsi məlumatlardır, ikincisi, bu, əlbəttə ki, xarici kəşfiyyat xidmətləri üçün, hərbi qulluqçuların qohumları ilə bağlı məlumatlandırma fəaliyyətinin müəyyən edilməsi və aparılması üçün işdir, bu, qəti qadağandır”, – deyə KP Samara onun sözlərini sitat gətirir.
Vdovinin sözlərinə görə, ölənlərlə bağlı bütün məlumatlar hərbçilərin ailələrinə şəxsən və ya sorğu əsasında çatdırılır.
Şayəstə




