NATO və Aİ artan rəqabət şəraitində tərəfdaşlıqlarını növbəti səviyyəyə çıxarmaqda qərarlıdır
NATO-nun baş katibi Stoltenberq bəyan edib ki, Aİ və NATO artan geostrateji rəqabət şəraitində tərəfdaşlıqlarını növbəti səviyyəyə çıxarmaqda qərarlıdırlar.
Elchi.az xəbər verir ki, bu barədə Stoltenberq Avropa İttifaqı ilə NATO arasında əməkdaşlıq protokolunun imzalanmasından sonra danışıb.
Finlandiya və İsveçin ittifaqa üzvlük prosesinin sürətlə və dəqiq şəkildə davam etdiyinə diqqət çəkən Stoltenberq NATO üzvü heç bir ölkənin Türkiyə qədər terrordan əziyyət çəkmədiyini vurğulayıb.
Edilən razılaşmalara işarə edən Stoltenberq, ölkələrin xüsusilə silah idxalı qarşısındakı maneələrlə bağlı ciddi irəliləyiş əldə etdiyini bildirib.
“Ukraynaya dəstək davam edəcək”
Stoltenberq izah edib ki, Avropa İttifaqı (Aİ) və NATO artan geostrateji rəqabət qarşısında tərəfdaşlıqlarını növbəti səviyyəyə çıxarmaqda qərarlıdır.
Rusiya-Ukrayna da gündəmdə idi.
Stoltenberq bəyan edib ki, Rusiyaya yüngül yanaşmaq olmaz.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen də Rusiyaya Ukraynanı dəstəkləmək üçün təzyiq göstərməyə davam edəcəkləri mesajını verib.
Şayəstə




