Niderland İranda insan hüquqlarının pozulmasına görə sərt sanksiyaların tətbiqini zəruri hesab edir.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Rutte tviterdə bildirib.
“İran rejiminin qeyri-insani hərəkətləri cəzasız qala bilməz. Niderland Avropa İttifaqı tərəfindən sərt sanksiyaların tərəfdarıdır. Narahatlığımızı açıq şəkildə bildirmək üçün bir daha İran səfirini çağırırıq”, – Rutte qeyd edib.
Bundan əvvəl İran İnsan Hüquqları Təşkilatı məlumat yayıb ki, ümummilli etiraz aksiyalarında iştirak edən 109 nəfər edam oluna bilər.
Xatırladaq ki, Tehran, Məşhəd və Kərəcdə dörd etirazçı – Möhsün Şəkəri, Məcidreza Rəhnavard, Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyni barəsində çıxarılan ölüm hökmü icra olunub.




