“Rusiyanın böyük dövlət olmasını sübut etmək üçün yeganə şansı böyüklüyünə layiq hərəkət etməsi olardı”.
Elchi.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov şəxsi Feysbuk hesabında qeyd edib.
Onun sözlərinə görə, məsələ ondadır ki, Rusiya görünüşdə Ukraynanın NATO-ya üzv olmasını özünə təhlükə hesab etdiyi gərəkçəsiylə müharibəyə başlamışdı:
“Hesab etsək ki, bu, həqiqətən belədir, onda bu proseslərin sonunun ona yaxşı heç nə vəd etmədiyini yaxşı anlayır və bilir ki, bu müharibədə Amerikadan başqa kimsənin uduş şansı yoxdur, hətta bu, artıq belədir. Amerika istədiyinə demək olar ki, çatıb. Onda son nöqtəni qoymamış bir anda geri dönmək Rusiya üçün bu müharibədən qazanclı çıxmaq hesab etmək olar.
Geosiyasi durumun Rusiyanın əleyhinə olduğu aydındır, eyni zamanda, Rusiya Türkiyənin də ona dəstək verəcəyini bildiyi üçün R.T.Ərdoğanın vasitəçiliyi ilə V.Zelenski ilə danışıq aparıb, bir sıra qarantiyalar almaq şərtilə müharibəni dayandırması son anda Amerikanın planlarına zərbə olar. Rusiya müharibə öncəsi irəli sürdüyü tələblərə nail olarsa, bu müharibənin qalibi ola bilər. Əsas odur ki, istəklər yerinə yetirilsin. Şərt deyil ki, tərəflərdən biri tam qələbə qazansın. Rusiya Ukraynanın NATO-ya girmək istəməyəcəyini və Donbasda, Luqanskda yaşayan rusdilli əhaliyə status verilməsi və təhlükəsizliyini təmin etməsi qarantiyası altında Ukraynadan çəkilə bilər. Krım bu münaqişənin açar nöqtəsidir. Ukrayna böyüklük edib, Krımı Rusiyaya güzəştə getsə, hesab edirəm ki, münaqişə bu yolla həll edilə bilər. Türkiyənin bu istiqamətdə çalışması mütləqdir. Çıxış yolu ancaq budur”.
Yeganə




