İranın Məşhəd şəhərində yaşayan və gizli mahnılar yazıb yayan gənc repçi Hüseyn İblis (əsl adı Hüseyn Rəhmətidir) dekabrın 15-də tutulub.
Elchi.az-ın “Mediaforum”a istinadən məlumatına görə, Ettelaat-ın Məşhəd şöbəsinin əməkdaşları repçini evində tutub aparıblar. Evdə və repçinin gizli yaratdığı studiyasında yoxlama keçirilib, Hüseyn İblisə məxsus bir sıra musiqi alətləri, onun yeni mahnılarından ibarət albomları götürülüb.
Qanunsuz rep mahnıları yazıb yaymaqda, ölkəyə verilişlər yayan xarici telekanallarla əməkdaşlıqda günahlandırılan gənc repçinin saxlanıldığı yer bilinmir.



