"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda avronun qiyməti qalxacaq?

11 Yanvar 2023 - 23:24
in İQTİSADİYYAT

2022-ci ildə kəskin dəyər itirərək sentyabr ayında 0,96 ABŞ dollarına qədər ucuzlaşmış avro tədricən yenidən bahalaşaraq 1,07 ABŞ dollarına bərabər olub.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Bəs avro hansı həddə qədər dəyər qazanacaq? Azərbaycanda onun məzənnəsi yenidən 2 manatı (1,18 ABŞ dollarını) keçə bilərmi?

Elchi.az xəbər verir ki, “Report” iqtisadçı-ekspertlərlə bu suallara cavab tapmağa çalışıb.

Onlardan biri Xalid Kərimli deyir ki, bu il dollar-avro nisbətinin necə dəyişəcəyini proqnozlaşdırmaq çox çətindir: “Hətta beynəlxalq təşkilatların mütəxəssislərinin hazırladıqları proqnozlara baxdıqda onların eyni nəticəyə gəlmədiyini görmək mümkündür. Fərq 10-15 % təşkil edir. Rusiya-Ukrayna müharibəsi təbii ki, dollar-avro nisbətinə təsirsiz ötüşmür.

Yaxın 3-6 ay ərzində avro dollar qarşısında bir qədər dəyər itirəcək. ABŞ müharibədən uzaq olduğu üçün orada iqtisadiyyat daha az zərər görür. Burada inflyasiya ilə bağlı rəqəmlər də mühüm rol oynayır. ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi 2021-2022-ci illərdə Avropa Mərkəzi Bankına nəzərən inflyasiya ilə daha çevik mübarizəyə qalxdı. Ona görə də, avro dollara nisbətən bir qədər ucuzlaşdı. Proqnozlara ümumi nəzər yetirdikdə avronun məzənnəsinin 0,95-1,15 ABŞ dolları arasında dəyişəcəyini, bu ilin sonunda isə 1,1 ABŞ dolları ətrafında sabitləşəcəyini gözləyirəm. Ümumiyyətlə, avronun bahalaşması Azərbaycanın real iqtisadiyyatı üçün faydalıdır”.

Digər iqtisadçı ekspert Rəşad Həsənov isə hesab edir ki, avronun məzənnəsi bundan sonra 5-7 % arası möhkəmlənəcək: “Rusiya-Ukrayna müharibəsi fonunda avro üzərində formalaşmış ziddiyyətlər, eyni zamanda onların psixoloji təsirləri mərhələli şəkildə aradan qalxmaqdadır. Avropa Mərkəzi Bankının həyata keçirdiyi anti-inflyasiya tədbirləri çərçivəsində sərt monitorinq siyasəti öz effektini verir. Biz hazırda avronun möhkəmlənməsi istiqamətində dinamikanı müşahidə edirik. Bu dinamika davam edə, 1 avro 1,15 ABŞ dollarına bərabər ola bilər.

Düşünürəm ki, yay aylarında avronun məzənnəsində qismən azalma müşahidə edə biləcəyik. Səyahət dövründə enerjiyə tələbatın artması bu istiqamətdə avronun ucuzlaşması zərurətini formalaşdıra bilər. Görünən odur ki, Avropa Mərkəzi Bankı inflyasiyanın cari vəziyyəti ilə müşahidə olunan kiçik müsbət dəyişikliklərlə razılaşmır, növbəti aylarda da inflyasiyanın ciddi şəkildə azaldılması hədəfini qarşısına qoyub. Nəzərə alsaq ki, Avropa Mərkəzi Bankının inflyasiya hədəfi 2 %-dir, bu o deməkdir ki, hələ bu istiqamətdə görüləcək çox işlər var”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub

Next Post

Rusiya bu qəsəbəni nəzarətə götürdü

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Rusiya bu qəsəbəni nəzarətə götürdü

Rusiya bu qəsəbəni nəzarətə götürdü

“Qayınanam məni döyüb” – Elza Seyidcahan

"Qayınanam məni döyüb" - Elza Seyidcahan

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.