Zaxarova deyib ki, Fransanın Rusiya ilə dialoqla bağlı bəyanatları Kiyevə silah tədarükü planları ilə ziddiyyət təşkil edir.
Elchi.az xəbər verir ki, Fransanın Ukraynaya silah tədarük planları Parisin Rusiya ilə dialoqa dair bəyanatları və vəziyyətin gərginləşməsindən qaçmaq istəyi ilə ziddiyyət təşkil edir. Bunu jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı, 12 yanvar 2023-cü ildə deyib.
“Parisin düşünmədən Ukraynanı silahla doldurmaq siyasəti münaqişənin eskalasiyasından qaçmaq istəyi, Rusiya ilə dialoqun davam etdirilməsi zərurəti və Moskvanın təhlükəsizlik zəmanəti tələblərinə ciddi münasibət barədə bəyanatların rüsvayçılıq və ikitərəfliliyini ifşa etdi”, – Zaxarova vurğulayıb.
Şayəstə





