"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Redaktorlar, media ekspertləri və “KİV haqqında” Qanuna edilən dəyişikliklər

18 Dekabr 2014 - 10:45
in MÖVQE

Rauf Arifoğlu: “Bizim üçün kifayət qədər ciddi problem və çətinliklər yaradacaq”; Mehman Əliyev: “Bu günə qədər də qanunlar sərtləşdirilib, amma tətbiq olunmayıb”img1468441

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Xəbər verdiyimiz kimi, Milli Məclis “KİV haqqında” Qanuna bir ildə eyni media qurumunun 2 dəfə məhkəmə cəzası aldığı halda fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət məsuliyyəti yaranması barədə dəyişikliyi rəsmiləşdirib.

Ədliyyə Nazirliyi il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb edilən KİV-in istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər. İndiyədək belə bir iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı üçə bərabər idi.
Media ekspertləri və redaktorların bu dəyişikliklə bağlı fərqli fikirləri var.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dəyişikliyə müsbət yanaşmır: “Mətbuatla bağlı parlamentdə müzakirə olunan əlavə və dəyişikliklər məhdudlaşdırmadır, antidemokratik mahiyyət kəsb edir. Bizim üçün kifayət qədər ciddi problem və çətinliklər yaradacaq. Ona görə də  ”KİV haqqında” Qanuna əlavə və dəyişiklikləri müsbət baxımdan qəbul edə bilmərəm”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə bu qanunla bağlı fərqli düşünür. Onun sözlərinə görə, Azərbaycanda sistem başqa cür tətbiq olunur: “Prinsipcə sistem belədir ki, artıq media ilə bağlı məsələlər yuxarı səviyyəli icra orqanları tərəfindən həll edilir. Məhkəmə müstəqil deyil, çünki yuxarıların iradəsindədir. Hər hansı qərar verirlərsə, məsələn, kimisə tutmaq, hansısa media orqanının fəaliyyətini dayandırmaq, bunu edirlər”.
Müsahibimiz bildirdi ki, son illər bununla paralel qanunlar da sərtləşdirilir. Amma bu qanunlar çərçivəsində jurnalistlərin həbsini, qəzetlərin bağlanmasını görməmişik: “O məsələlər tamam başqa motivlərlə icra edilir. Yəni qanunlar sərtləşdirilib, amma tətbiq olunmayıb. Jurnalistləri media fəaliyyəti ilə bağlı yox, tamam başqa motivlərlə həbs ediblər. Amma bu qanun medianı çərçivəyə salmaq və xəbərdarlıq etməkdir. Heç kim sığortalana bilməz ki, bu, ona qarşı tətbiq olunmayacaq. Bilmirəm ki, bundan sonra jurnalistlərə qarşı bu qanundan istifadə edəcəklər, ya yox. Amma məqsəd jurnalist və redaksiyaları qorxutmaqdır”.
“Ayna-Zekalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Turan” İA-ya açıqlamasında bu dəyişikliyi “qeyri-ciddi və əhəmiyyətsiz” adlandırıb. O, buna qədər qanunda bu məsələ ilə bağlı 3 dəfə cəza aldıqda belə məsuliyyətin yaranması haqda müddəa olduğunu xatırladıb və indiyə kimi həmin maddənin gerçəkdə tətbiq olunmadığını vurğulayıb.
Hüquqşünas Ələsgər Məmmədli bu dəyişikliyi mətbuat azadılığını məhdudlaşdırmaq kimi dəyərləndirib. Bu dəyişikliyin Avropa Konvensiyasının ifadə azadlığı  müddəaları ilə ziddiyyət təşkil etdiyini nəzərə çatdırıb:
“Bu dəyişklik əslində mətbuat və ifadə azadlığına qanunvericilik vasitəsilə basqın etməkdir”.
Sevinc TELMANQIZI

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məşhur rəssamdan “Qarabağ”a dəstək- FOTO

Next Post

İnternetdə paylaşılan ən maraqlı fotolar

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

İnternetdə paylaşılan ən maraqlı fotolar

Müğənni səhnədə öldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.