Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.
Elchi.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib.
Qeyd edək ki, E.Hacıyev indiyədək polis mayoru rütbəsini daşıyıb.
O, 2020-ci ildən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...





