"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıya qayıtmaq üçün ağlasığmaz plan…

13 Yanvar 2023 - 13:26
in GÜNDƏM

Azərbaycana məxsus rəsmi sənədləri saxtalaşdıraraq Fransanın dövlət qurumlarına təqdim etməyə çalışan şəxs Bakı Beynəlxalq Hava Limanında saxlanılıb.
Elchi.az Globalinfo.az-a istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan və barəsində Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri saxtalaşdırma) maddəsi ilə iş açılan 1988-ci il təvəllüdlü Zeynal Əliyevin işinə Səbail Rayon Məhkəməsində baxılıb.
İş materiallarından məlum olub ki, Zeynal Bakıda Azərbaycan Beynəlxalq Bankında həyat yoldaşı ilə birlikdə işləyib. Lakin o, daha sonra arvadı ilə birgə işdən çıxaraq Fransanın Metz şəhərində yaşayan anasının yanına köçüb. Zeynal sosial şəbəkə vasitəsilə xalası oğlu Nicatla əlaqə saxlayaraq ona 5 faylda sənədlər göndərib və bunların rəngli formada çap edilərək Fransaya göndərilməsini xahiş edib. Saxtalaşdırılmış bu sənədlər isə hərbi xidmətə çağırış və axtarışda olmaqla bağlı olub.
Məhkəmədə Zeynal Əliyev Azərbaycana qayıtmaq üçün sənədləri saxtalaşdırdığını deyib:
“Əvvəllər bir çox şirkətlərdə, eləcə də həyat yoldaşımla birgə Azərbaycan Beynəlxalq Bankında işləmişəm. Lakin anam Fransada tək olduğu üçün məndən dəfələrlə xahiş etmişdi ki, ailəmlə birgə yanına – Fransanın Metz şəhərinə köçüm. Mənə Fransaya getdikdə işlə təmin olunacağım deyilmişdi. Anamın dəvəti ilə ailəmlə Fransaya getsəm də, orada iş tapa bilmədim və müvəqqəti qeydiyyata düşmək mümkün olmadı. Fransada yaşadığım müddətdə ikinci övladım dünyaya gəldi. Həmin uşağın xəstəliyi olduğu üçün yenidən Azərbaycana qayıtmaq istəyirdim. İkinci uşaq xəstə doğulduğu və daimi qulluq lazım olduğu üçün həyat yoldaşım mənimlə razılaşmırdı. Hərbi xidmətə getmədiyim üçün düşündüm ki, poçt vasitəsilə Bakı şəhərindən mənə çağırış məktubu və axtarışa verilməyim barədə sənəd gələrsə, ailəmi razı salıb, Bakı şəhərinə qayıda bilərəm. Buna görə də çağırış məktubunun nümunəsini, həm də axtarış qərarını tapıb, onları qrafik proqramla hazırladım. Möhürü və adları saxtalaşdırdım. Bakı şəhərində yaşayan xalam oğlu Nicata həmin faylları göndərdim və xahiş etdim ki, mənə göndərəcəyi sənədləri rəngli printerdə çap edib, poçt vasitəsilə Fransada yaşadığım ünvana göndərsin. Əsas məqsədim oradan öz vətənimə qayıtmaq idi. Nicata saxta iki ədəd axtarış elan edilməsi barədə qərarı və bir neçə çağırış məktubu göndərmişəm. Sonradan eşitdim ki, poçt məntəqəsində həmin məktub açılıb, saxta sənədlər müəyyən edilib və bu səbəbdən Nicatın barəsində cinayət işi başlanıb.
Şəxsiyyət vəsiqəmin və pasportumun vaxtı bitmişdi, buna görə də Azərbaycan Respublikasının Fransada yerləşən səfirliyinə müraciət etdim. Orada mənə axtarışda olduğumu bildirdilər və saxta sənəd düzəltməyə görə axtarışda ola biləcəyimi başa düşdüm. Buna görə də könüllü olaraq Bakıya qayıtdım. Axtarışda olduğum üçün hava limanında polislər məni saxlayıb, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər”.
Araşdırmalar zamanı məlum olub ki, Zeynalın xalası oğlu Nicata bu əmələ görə pul cəriməsi cəzası tətbiq edilib.
Səbail Rayon Məhkəməsi Zeynal Əliyevin barəsindəki cinayət işi üzrə hökmü elan edib və o, 5 min manat cərimələnib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ned Prays brifinqdə Ermənistan-Rusiya münasibətlərini şərh etməkdən çəkinib

Next Post

Rusiyada 14 yaşlı yeniyetmələrin işə götürülməsi təklif olunur

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Rusiyada 14 yaşlı yeniyetmələrin işə götürülməsi təklif olunur

Rusiyada 14 yaşlı yeniyetmələrin işə götürülməsi təklif olunur

Çin ABŞ-ı soyuq müharibə zehniyyətindən əl çəkməyə çağırır

Çin ABŞ-ı soyuq müharibə zehniyyətindən əl çəkməyə çağırır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.