Xəzər dənizinin su səviyyəsinin artıb-azalması ona xas olan prosesdir. Lakin son illər su səviyyəsinin azalması daha uzun müddət çəkir.
Elchi.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, fəaliyyətləri dənizlə bağlı olan sahələrə su səviyyəsinin enməsi mənfi təsir göstərir:
“Bu, eyni zamanda, Xəzər dənizinin temperaturunun artmasına səbəb olur ki, nəticədə su bioresurslarının sayı azalır”.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...





