"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Siyavuş Novruzovun dedikləri uydurmadır” – Arif Hacılı

18 Dekabr 2014 - 17:03
in SİYASƏT

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov 17 siyasi partiyanın PA şöbə müdiri Əli Həsənovla görüşündə Müsavatın da razılıq verdiyini deyib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

01S.Novruzov “Unikal” qəzetinə bildirib ki, bu görüş barədə əvvəlcədən Arif Hacılı ilə razılıq əldə edilib, sonra isə Hacılı görüşdə iştirak etməkdən imtina edib.

Müsavat Partiyası başqanı Arif Hacılı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu görüş barədə hakimiyyətlə heç bir müzakirə aparmayıb: “”Ola bilər kimsə onlara yanlış məlumat verib. Lakin 4 siyasi partiya Əli Həsənovla görüşmək barədə təşəbbüs irəli sürərkən mən Müsavat partiyasının bu prosesdə iştirak etmədiyini əvvəlcədən bildirmişəm və sonadək bu mövqeyimdə qalmışam. Müsavat Partiyasının bu prosesdə iştirak etməməsinin əsas səbəbi isə görüşdə müzakirə olunacaq məsələlərin əvvəlcədən müəyyənləşdirilməməsi, görüşdə iştirak formatının bəlli olmaması olub. Çünki əvvəlcədən müəyyənləşdirilməyən gündəliklə keçirilən və dəvət olunma prinsipləri bəlli olmadan toplanan siyasi partiya nümayəndələrinin iştirakı ilə keçirilən görüşün hər hansı nəticəsi ola bilməz. Hər hansı bir tərəf bu görüşü iqtidar-müxalifət dialoqu adlandırmır. Mən Əli Həsənovun da, görüşdə iştirak edən digər siyasi partiya nümayəndələrinin də açıqlamaları ilə tanışam. Sadəcə olaraq ölkədə fəaliyyət göstərən 17 siyasi partiya nümayəndəsinin Əli Həsənovla görüşü idi. Görüşün müsbət nəticələrinin olacağına da inanmıram”.

A.Hacılı bir neçə məsələ ətrafında iqtidarla müzakirələrə hazır olduqlarını deyib: “Azərbayan hakimiyyəti müxalifətlə real dialoqa hazırdısa. Belə bir dialoqun mövzusunun və bu mövzu ətrafında müzakirə aparacaq siyasi qüvvələrin formatını əvvəlcədən bizimlə razılaşdıracaqsa, biz Azərbaycanın ümumilli məsələləri ilə əlaqədar müzakirələrə hazırıq. Bunu da həmişə bildirmişik. Biz hesab edirik ki, müzakirə olunacaq məsələlər çoxdur. Azərbaycanda Qarabağ kimi ciddi bir problem mövcudur ki, bu məsələdə ümumilli mövqenin müəyyənləşməsi zəruridir. Regionda baş verən proseslər, Rusiya ilə qərb arasında “soyuq müharibə” elementlərinin ortaya çıxması, Rusiya qarşı tətbiq edilən anksiyalarla əlaqədar baş verən iqtisadi böhran şəraiti, Azərbaycanda siyasi məhbusların mövcudluğu, demokratik islahatların aparılması zərurəti və digər məsələlər ətrafında müzakirə aparmaq zəruridir. Bu zərurət hakimiyyət tərəfindən qəbul ediləcəksə və siyasi mövqeyi bəlli olmayan və ya hakimiyyətin siyasi kursunu dəstəkləyən partiyaları toplayıb iqtidar-müxalifət dialoqu adlandırılacaqsa, səmərəli nəticələrin olması qeyri-mümkündür”.

Müsavat başqanı Yap funksionerinin dediklərini təkizb edib: “Mən heç bir müzakirədə heç vaxt iştirak etməmişəm. Sadəcə olaraq Pənah Hüseyn tərəfindən belə bir təşəbbüs irəli sürülmüşdü. Mənə də bu barədə məlumat vermişdilər. Bu prosesdə Müsavat Partiyasının iştirak etməyəcəyini bildirmişəm. Görüş barədə hakimiyyətlə kimlərin müzakirə aparmasının Müsavat Partiyasına heç bir aidiyyatı yoxdur. Əvvəlcədən Müsavat Partiyası bu prosesdə iştirak etməyib. Siyavuş Novruzovun dedikləri gülünc və uydurmadır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin Ərdoğanı təriflədi: “O, əsl kişidir”

Next Post

Avropa İttifaqı Krıma qarşı yeni sanksiyalar tətbiq edib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Avropa İttifaqı Krıma qarşı yeni sanksiyalar tətbiq edib

Erməni qəzeti: “Ucuzlaşan erməni dramı deyil, ermənilərin həyatıdır...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.